Qaynar xətt:

(+99450) 247 90 86

HƏMAS-ın yüksək rütbəli komandirləri məhv edilib

2024/12/06/1733476955_israel-180109-israel-mn-copy-pic_32ratio_900x600-900x600-66277.jpg

DÜNYA

255

06.12.2024, 13:20

İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti 2023-cü il oktyabrın 7-də İsrailin məskunlaşdığı ərazilərə hücumda iştirak edən HƏMAS-ın üç yüksək səviyyəli səhra komandirinin Qəzza zolağında məhv edildiyini açıqlayıb.

“IDF və Şin Bet (İsrail Baş Təhlükəsizlik Xidməti) arasında keçirilən birgə əməliyyatlar zamanı HƏMAS-ın Şati batalyonunun bir neçə yüksək rütbəli terrorçusu məhv edilib”, - bəyanatda deyilir.

İsrail ordusu qeyd edib ki, Şati batalyonunun və HƏMAS-ın Qəzza diviziyasının yüksək rütbəli rəhbərliyi İDF qüvvələrinə və mülki İsrail vətəndaşlarına qarşı terror hücumlarının həyata keçirilməsində fəal iştirak edib.

 

Miri